Zakir Həsənov Gürcüstanda keçirilən hərbi paradda iştirak edib - FOTOLAR - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Zakir Həsənov Gürcüstanda keçirilən hərbi paradda iştirak edib - FOTOLAR

Cəmiyyət A- A A+

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edib. 


Bu barədə Ednews-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Sonra müdafiə naziri Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb. 

Qeyd edək ki, Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri konsert proqramı ilə çıxış edib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...