İki gün əvvəl Qax rayon sakini, 70 yaşlı Davud Yusifov axşam saatlrında evdən çıxıb və bir daha geri dönməyib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, itkin düşən şəxslə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət edilib.
Hazırda Davud Yusifovun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.