Məşğulluq tədbirlərinə cəlb edilənlərin sayı AÇIQLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. 
 
Bu barədə Ednews-a nazirlikdən məlumat verilib. 
 
Bildirilib ki, onlardan 34 823 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
 
Həmin dövrdə 4 113 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib. 
 
Yanvar-may aylarında 4670 işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 99 288 şəxsə peşəyönümü xidmətləri göstərilib.
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"