“Bu gün Azərbaycanda evlənənlərin 80-90 faizi boşanır. Bunun səbəbi isə maddi sıxıntılardan əmələ gələn məsələlərdir”.
Bu sözləri Ednews-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, insanlar hazırkı zamanda çətinliklə yaşayırlar:
“Uşaq pulu verilmir, pensiyalar aşağıdır, iş yerləri yoxdur. Bunların hamısını nəzərə alanda insanlar neyləməlidirlər?! Ya pis yola düşür, ya da oğurluqla məşğul olurlar. Nəticə də məyus edici olur. Dövlət bu barədə ciddi tədbirlər görməli, düşünməlidir. Azərbaycanda 300 manat əmək haqqı ilə bazarda bir səbəti doldurmaq mümkün olmur. Bu da ailə məişət müstəvisində narazılıqlara gətirib çıxarır. Narazılıqlar da cinayət hadisələrinə səbəb olur. Kasıbçılığın, sosial ədələtsizliyin əlamətidir”.
H.Hacıyev feministlərlə bağlı fikirlərini də bildirdi:
“Feministlərin nə ilə məşğul olduqlarını bilmirəm. Hər halda qadınların hüquqlarını müdafiə edirlərsə bunun özü böyük işdir. Qadınlar bizim başımızın tacıdır. Qadınlara hörmət etməliyik. Onlar bizim analarımız, bacılarımızdır. Bu yöndə hər bir vətəndaş, hər bir siyasətçi ciddi fikir verməlidir. Qadınlar üçün iş yerləri açılmalı, şərait yaradılmalıdır”.
Oğuz