İyunun 18-i saat 16:00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Ednews-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib, saat 15:10 radələrində isə Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.