Zəlzələdən qaçan adamların yaşamaq eşqi Oğuz Ayvaz yazır

Cəmiyyət 10:20 04.07.2023

Gecənin bir aləmi telefonumun zəngi yuxular aləmindən məni reallığa düşürür. Yuxulu gözlərimi ovuşdurub kor adamlar sayağı eynəyimi axtarıram. Zəng eliyənin bacım olduğunu görəndə gözlərimin qapaqları bir anda açılır, ürəyimin dərinliyində həyəcan boğazıma qədər yüksəlir. 

- Hə, bacı, xeyirdimi?

- Zəlzələ oldu, yaxşısız? 

Həyəcandan orqanlarım farağat dayanmışdı. Bir andaca qamətlərini əyir, dərindən köks ötürürlər. Xəbər saytları, sosial şəbəkələr zəlzələdən yazır. Kimlərsə gecəni küçədə keçirir, kimlərsə təbii fəlakətlə məzələnir. Yuxular aləmi məni çağırır, telefonu kənara qoyub gözlərimi yumuram. 

Yaddaşım 2000-ci ildə yaşadığım ilk zəlzələ qorxusunu dartıb çıxardı. 10 yaşım vardı. Həmin gün də noyabr ayına təsadüf etmişdi. Qonağımız da vardı. Çayından bəh-bəhlə içib atamla sənətdən, siyasətdən söhbət edirdilər. Az keçmədi qonağı yola saldıq. Anam beli ağradığından çarpayısına uzandı. Mən də qonağın getməyindən istifadə edib pürrəngi bir çay süzdüm. Elə təzə stolun arxasına keçmişdim ki, çilçiraq silkələnməyə başladı. Həyəcanla ayaqlandım. Anamın sözünü bu gün belə unutmuram: "Ayxan kravatın altındadı? Niyə “kravat”ı silkləyir? Çıx görüm ordan...” Atam bacımı qucağına alıb, “qaçın zəlzələdi” deyə bağırdı.

Hamıdan zirək olduğumdan qapını açıb dəhlizə çıxdıq. Əvvəla qarşılaşdığım mənzərəni danışım: Qapını açanda başı şampunlu, yarıçılpaq, sısqa bir kişi görünürdü qarşımda. Əlləri əsdiyindən şalvarını geyinə bilmirdi. İroniya dolu bu mənzərə heç bir hiss yaratmamışdı. Ancaq içimdəki qorxu bağrımı deşirdi. Pillələri tullana-tullana düşüb, özümü küçəyə atdım. Bir qadın gözümə sataşdı. Eynən müharibə mövzusunda çəkilmiş filmlərdəki əzablı qadın obrazına bənzəyirdi. Binanın qarşısında dayanıb əllərini üzünə dolamış, ağlayırdı. Onun hıçqırıqları küləkli gecənin bətninə sancılırdı.

Ev paltarlarımızla özümüzü küçəyə atmışdıq. Üstəlik də ayaqyalın. Hava da buz kəsirdi, qış qapımızdaydı. Kişilər damaqlarında siqaret püfüldədərək zəlzələdən danışrıdılar. Mən zəlzələni böyük əjdahaya bənzətdim. Yerin altında yaşayan, hirslənəndə yeri silkələyən vəhşiyə... İstədim ki, siqaret çəkən kişilərə yaxınlaşıb deyəm, ay əmilər gedin yeri qazın, əjdahanı öldürün, rahat evimizə gedək. Ancaq bu yerdə maşınların səsi, işıqlar, uşaqların səsləri fikrimi yayındırdı. Atamgilin yanında büzüşüb, key-key ətrafa tamaşa edirdim.

- Dədə, biz öləcəyik?

- Elə şey olar, indi evə gedəcəyik...

Binanın qarşısı qarışqa misalı adamlarla qaynayırdı. Hamımızın gözü pəncərələrdə gəzirdi. Qorxu xofu virus kimi hamıya yayılırdı. Evlərdə pul, zinyət əşyaları, qır-qızıl vardı. Onları götürmək gərəkli idi. Kişilər bu işə yaxın durmadı. Anam və dəstəsi evlərə üz tutdular. Bu kadr da mənə cizgi filmlərini xatırlatdı. Anamgilin dəstəsinin adını "Qorxusuz arvadlar” adlandırdım. Tunel yolu ilə getdiklərini təsəvvür etdim. Məxfiliklərini qoruyan dəstə üzvləri evdəki pulları zərərsiz şəkildə götürmüşdülər. Bu dəstənin ilk uğurlu əməliyyatıydı.

Atamın əlləri saçlarımda gəzişdi. Qardaşım, bacım, anam adamların içində bənizi solğun, qorxmuş cüyürə bənzədilər. 

Atamın arxasına düşüb, pay-piyadə yola düşdük. Qonşunun qohumunun həyət evi vardı. Bizim evdən məsafəsi 10 kilometr idi. Qaranlıq küçələr, tələsən adamlar, şəhərin közərən işıqları, bir-bir arxada qalırdı. Biz məhəlləmizdən uzaqlaşdıqca...

Həyət evinə çatanda ev əhli də təlaşlı görünürdü. Başa düşdüm ki, qorxu insanlarda birlik, həmrəylik hissləri yaradır. Bəlkə də bu ölüm qorxusuydu?!

İçəri keçib döşəməyə sərilmiş böyük xalçanın üstünə uzandıq. Biz uşaqlar donuq gözlərimizlə gecənin səhərini düşünürdük. Radioda deyilirdi ki, ikinci dalğa gözlənilir. Zəlzələ yenə ola bilər! Bu bizim üçün ikiqat qorxu idi. Dan yeri ağarana yaxın mürgülədik. Səhər dərsə getməliydik. Hava bom-boz, miskin adamlar kimi boynunu bükmüşdü. Qorxumuzdan həmin gün məktəbə getmədik. Evimizə gəlmişdik. Divarlara, çilçirağımıza baxdım. Hər şey qaydasında görünürdü. Birdən ağlıma qonuşuluğumuzdakı lüt kişi gəldi, görəsən hardadı deyə, özüm üçün xəyallar qurmağa başladım...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Hamısı