Texnologiyanın inkişafı ilə insanların sosiallaşa bildiyi sosial media platformalarının sayı son illərdə artıb.
Ednews xəbər verir ki, texnologiya ilə bağlı hesabatlar hazırlayan "StatCounter", 2023-cü ilin iyul ayı etibarilə sosial media platformalarının istifadəçi sayına görə bazar paylarını açıqlayıb. "Facebook"un birinci olması diqqət çəkib.
"StatCounter"in məlumatına görə, dünyada ən populyar olan "Facebook" istifadəçi sayına görə sosial media bazarının 63,93 faizinə hakimdir.
"Instagram"ın isə istifadə nisbəti 13,91 % səviyyəsindədir .