Onkoloji xəstəlikdən dünyasını dəyişən tanınmış jurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.
Ednews xəbər verir ki, o, bu gün doğulduğu Parça Xalac kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. O, uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Aynurə İsmayıl