Ordumuzun qələbəsi vətənpərvərlikdən başladı

Cəmiyyət 14:20 25.07.2023
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; 
 
Gənc əsgərlərlə görüşlərin keçirilməsi, vətənə sevgi hisslərinin aşılanması olduqca müsbət və bir o qədər də zəruridir
 
 
 Bir sıra hərbi hissələrdə silsilə vətənpərvərlik tədbirləri keçirilib. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Qarnizonunda və işğaldan azad edilən Kəlbəcər, Laçın rayonlarında dislokasiya olunan hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə silsilə tədbirlər baş tutub. “Gənc əsgərlərə mənəvi dəstək” aksiyası çərçivəsində dörd minə yaxın şəxsi heyətin iştirak etdiyi tədbirlərdə Müdafiə Nazirliyinin rəsmiləri, müharibə veteranları, şəhid ailələrinin üzvləri ordu həyatına yenicə qatılan gənc əsgərlərlə görüşüb. Onlara xidmətlərində uğurlar arzulayıb, öyüd-nəsihət veriblər. Peşəkar hüquqşünaslar hərbi qulluqçuların hüquq və vəzifələrini izah ediblər. Gənc əsgərlər kütləvi tədbirlərdə Heydər Əliyev ideyalarına sadiq qalacaqlarına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənə sədaqətlə xidmət edəcəklərinə, şanlı döyüş ənənələrini layiqincə davam etdirəcəklərinə, valideynlərini nümunəvi xidmətləri ilə sevindirəcəklərinə söz veriblər. Gəncə Qarnizonundakı hərbi hissələrdən birinin stadionunda üç min nəfərə yaxın gənc əsgər “Səni tərənnüm edirik, Azərbaycan əsgəri!” devizi altında bədii proqramı izləyib. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 24 yanvarda Pirəkəşküldən xeyir-dua verib cəbhəyə (Murovdağ və Füzuli rayon istiqamətlərinə) yola saldığı hərbi hissənin 30 illiyinə hazırlıq işlərinə start verilib. Bu məqsədlə həmin hərbi hissənin ilk əsgərlərindən olan polkovnik Abdulla Qurbaninin layihəsi əsasında Kəlbəcər şəhərində ilk böyük tədbir keçirilib. 
 
Digər hərbi hissələrin əsgər və zabitlərinin də iştirak etdiyi “Heydər Əliyev ideyalarına sadiqik!” adlı mədəni-kütləvi tədbirdə Ulu Öndərin yolasalma mərasimində bu gün də aktual olan çıxışı bir daha şəxsi heyətə çatdırılıb, hərbi hissənin döyüş yoluna nəzər salınıb və Vətən müharibəsində göstərdiyi igidlik nümunələri xatırlanıb. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi şəxsi heyət qarşısında vətənpərvərlik mahnıları və rəqslərdən ibarət proqramla çıxış edib. Ulu Öndərin 30 il öncə cəbhəyə yola saldığı hərbi hissənin şəxsi heyəti Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz yubileylərini döyüş və mənəvi-psixoloji hazırlıqda daha böyük uğurlarla qarşılayacaqlarına söz veriblər. Hərbi hissəyə A.Qurbaninin müəllifi olduğu kitablar hədiyyə edilib. 
 
Komando bölmələrinin şəxsi heyəti ilə keçirilən “Azərbaycan Ordusu Vətən müharibəsindən sonra” adlı ədəbi-bədii gecədə Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda aparılan əsaslı islahatlar barədə şəxsi heyət məlumatlandırılıb. Yeni əməliyyat-komando hərbi hissələrinə döyüş bayrağı təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əsas istiqamətləri barədə danışılıb, Prezidentin nitqlərindən fraqmentlər səsləndirilib. Bədii təşviqat briqadasının təqdim etdiyi “Zəfər suitası”, “Qalib Sərkərdə”, “Qələbə sevinci”, “Müzəffər Ordumuz” vətənpərvərlik mahnıları, “Biz birlikdə güclüyük”adlı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb. Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandanın 2023-cü il 23 iyunda yeni komando hərbi hissəsinə döyüş bayrağı təqdim edərkən söylədiyi “Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür!” fikirlər komandoçular tərəfindən alqışlarla qarşılanıb və onlar söz veriblər ki, ordumuzun daha mütəşəkkil qüvvəyə çevrilməsi üçün səylərini əsirgəməyəcək, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlar. 
  
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il 26 iyun tarixində Döyüş bayrağı təqdim etdiyi hərbi hissədə fə “Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib. Hərbi hissənin girişində “Dəmir yumruq” abidəsi və şəhidlərin xatirə kompleksi ziyarət olunub. Sıra meydanında keçirilən tədbirdə polkovnik Abdulla Qurbani ssenari müəllifi və aparıcısı olduğu həmin möhtəşəm mərasim haqqında hərbi qulluqçulara ətraflı məlumat verib. Müzəffər Ali Baş Komandanın tarixi çıxışı barədə danışıb. Bir il öncə burada dövlətimizin başçısının qarşısında “Komando Andı” qəbul edən igidlərin bu gün düşmən təxribatlarının qarşısını qətiyyətlə aldığı, igidlik və şücaət nümunələri göstərdiyi, hətta onlardan bir neçəsinin şəhidlik zirvəsinə ucaldığı xatırlanıb. Şəhidlərin intiqamının artıqlaması ilə alındığı nəzərə çatdırılıb. Ulu Öndərə, qalib Azərbaycan xalqına, Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana həsr olunan şeir, mahnılar ifa edilib, xalqımızın milli dəyərlərini əks etdirən etnoqrafik lövhələr canlandırılıb. Bundan əlavə Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrin nümayəndələrinin iştirakı ilə “Köçən ellər qayıdır, gözün aydın Laçınım!” adlı tədbir keçirilib. Polkovnik Abdulla Qurbani qeyd edib ki, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi Laçın şəhəri və rayonun digər qəsəbə və kəndləri də erməni vandalizminə məruz qalıb. Lakin şəhər və kəndlər artıq Azərbaycan Prezidentinin rəhbərliyi altında yenidən qurulur, quruculuq-abadlıq işləri geniş vüsət alır. Hərbi hissələrə ezam edilən bədii-təşviqat biriqadasının üzviləri səfər müddətində qruplara bölünərək ayrı-ayrı döyüş mövqelərində olub, şəxsi heyətlə görüşlər keçirib, onların problem və qayğıları ilə maraqlanıb, söhbətlər aparıb, onlara mədəni xidmət göstəriblər.
 
Ednews xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilarının sədr müavini, polkovnik Cəlil Xəlilov "Sherg.az"a açıqlamasında bildirib ki, gənc əsgərlərlə vətənpərvərlik istqiamətində görüşlərin keçirilməsi, vətənə sevgi hisslərinin aşılanması olduqca müsbət və bir o qədər də zəruridir. Polkovnikin sözlərinə görə, bu istiqamətdə atılan hər bir addım təqdir edilməli, alqışlanmalıdır: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev mediaya açıqlamalarında 44 günlük Vətən müharibəsində ordumuzun qələbəsində vətənpərvərlik amilinin önəmini vurğulayıb, bu faktın 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynadığını qeyd edib. Bu baxımdan əsgərlərimizlə vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi vacibdir. Bildiyiniz kimi, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi uzun illərdir ki, bu istiqamətdə mühüm fəaliyyət ortaya qoyur. Onlar istər Bakıda, istərsə də respublikamızın ən müxtəlif şəhər və rayonlarında əsgərlərimiz qarşısında çıxışlar edir, vətənpərvər mahnıları, mübariz nəğmələri ilə əsgərlərimizi vətənə xidmətə ruhlandırırlar. Bu cür çıxışlar, mahnı və çağırışlar hərbçilərimizin döyüş əhval-ruhiyyəsini gücləndirir, onlara mənəvi-psixoloji baxımdan güc verir".
 
C.Xəlilov vurğulayıb ki, dünya təcrübəsinə nəzər salsaq görərik ki, bütün qabaqcıl ölkələrdə vətənpərvərlik təbliğatına, hərbçilərlə mənəvi-psixoloji işə mühüm önəm verilir: "Əsgərin əhval-ruhiyyəsinin daim yüksək saxlanılması, onun hər vasitə ilə xidməti fəaliyyətə ruhlandırılması, sağlam mənəvi dəyərlərə sadiqliyinin təmin olunması mühüm şərtlərdən biridir. Bu baxımdan Müdafiə Nazirliyinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin hərbi hissələrdə əsgərlərlə görüşlər keçirməsi, onların qarşısında vətənpərvərlik mahnıları ilə çıxışlar etməsi oldquca önəmlidir. Onu da qeyd edim ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə də sıx əməkdaşlıq edir, bizim tədbirlərimizdə, veteranlarla görüşlərdə fəal iştirak edir. Mən buna görə Müdafiə Nazirliyinin rəhbərliyinə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə öz dərin təşəkkürümü bildirirəm. Əminəm ki, onların ordumuz, vətənimiz, dövlətimizin qarşısındakı tarixi xidmətləri hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, ehtiramla yad ediləcək”.
 

 

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
Hamısı