Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən qonaqlardan biri də Əl-Cəzirə” Araşdırmalar Mərkəzinin rəhbəri, doktor Məhəmməd Əl-Muxtar Əl-Xəlil olub.
O, Ednews-a özəl açıqlaması zamanı Azərbaycan haqqında təəssüratları və Qlobal Media Forumu haqqında fikirlərini bölüşüb.
“Mən Şuşa Beynəlxalq Media Forumunda iştirak etməklə Qarabağla yaxından tanış oldum.
Həmçinin Forum vasitəsilə Azərbaycanın bir çox rəsmiləri ilə tanış oldum. Bundan başqa regionda gedən proseslər ilə yaxından tanış olmağa imkanı verdi. Keçirilən mətbuat konfransında iştirak etdim. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın işğalı dövründə ermənilərin törətdikləri dəhşətli cinayətlər barədə nitqini dinlədim və bu məlumatlar vəsitəsilə mən Qarabağda baş verən proseslərdən xəbərdar oldum”.
Loğman Yunis