Hesablama Palatası Sumqayıt Tibb Mərkəzində nöqsanlar AŞKARLADI

Cəmiyyət 12:36 31.07.2023
Sumqayıt Tibb Mərkəzində (Mərkəz) ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, o cümlədən tibbi xidmətlərin göstərilməsinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2021-2022-ci illər əhatə olunub. 
 
Hesablama Palatasından Ednews-a verilən məlumata görə, bu dövrdə Mərkəzin daxilolmaları 108,5 mln. manat, xərcləri isə 107,6 mln. manat təşkil edib, bu illərdə 13,7 mln. manat dəyərində dərman, sarğı ləvazimatları və materialları Mərkəzə əvəzsiz olaraq verilib. 
 
Tibb müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilərin müqayisəsi icbari tibbi sığorta sisteminin tətbiqindən əvvəlki dövrdə daha çox xidmət təqdim edildiyini göstərir.
 
Mərkəzin əhatəsində olan tibb müəssisələri üzrə ambulator və stasionar xidmət sayı 2019-cu ildə 2022-ci illə müqayisədə orta hesabla 2 dəfə çox olub.
 
Göstərilmiş xidmət sayında azalma çarpayı sayının sabit qalması və ştat sayının təxminən 10,0% artımı şəraitində baş verib ki, bu da tibbi sığorta sisteminin sığorta prinsipləri üzrə tam tətbiqində və işlək vəziyyətinin təmin edilməsində əsas və vacib şərtlərdən biri olan xəstəliklər üzrə hesabatlılıq (statistika) sisteminin əvvəlcədən hazırlanmaması ilə əlaqələndirilə bilər. 
 
Qeyd olunmalıdır ki, 17 tibb müəssisəsini və 1 idarəetmə aparatını özündə birləşdirən Mərkəzin tərkibində yalnız 7 xəstəxana icbari tibbi sığorta çərçivəsində dəyəri ödənilən xidmətlər göstərib, həmin xidmətlər hesabına 2021-ci ildə 6,4 mln. manat və 2022-ci ildə 13,7 mln. manat məbləğində vəsait daxil olub.
 
Bu vəsait həmin illər üçün saxlanma xərclərinin müvafiq olaraq 18,6%-ni və 33,6%-ni təşkil edib. 
 
Mərkəzin sığorta sisteminə daxil olduğu 2021-ci ilin aprel ayından 2022-ci ilin sonunadək göstərilmiş 1454656 sayda xidmətin 32,1 mln. manat dəyərinin ödənilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib, Agentlik tərəfindən 243496 sayda xidmətin 5,1 mln. manat dəyərinin ödənilməsindən imtina olunub, qəbul olunmuş xidmətlərin dəyərinin isə yalnız 74,8%-i ödənilib. 
 
Tibbi xidmətlərin göstərilməsi prosesində fəaliyyət əsasən dəyəri daha az olan xidmət istiqamətləri üzrə təşkil edilib, göstərilmiş xidmətlərin bir hissəsinin haqqının ödənilməsindən müxtəlif, o cümlədən texniki səbəblərdən imtina olunsa da, imtina səbəblərinin dəqiqləşdirilməsi və aradan qaldırılması, eləcə də bu istiqamətdə məsuliyyətin müəyyənləşdirilməsi üzrə tədbirlər həyata keçirilməyib.
 
İmtina edilmiş xidmətlər üzrə dəyəri daha böyük olanların xidmətlərin payı çox olub. 
 
İcbari tibbi sığorta sisteminə daxil olmayan xidmətlər üzrə tariflərin TƏBİB tərəfindən müəyyənləşdirilməsinin gecikdirilməsi, eləcə də sığorta olunmayanlar üzrə göstərilmiş xidmətlər üzrə vəsaitin alınmaması potensial və faktiki gəlir arasında fərqin artmasına səbəb olub. 
 
Mərkəzin kadr potensialı da fəaliyyətə tam uyğunlaşdırılmayıb, islahatlar prosesində çarpayı sayının 13 vahid artırılması fonunda ştat sayı 464,75 artırılıb, ümumilikdə ştat sayının artımının əsas hissəsi funksional fəaliyyətlə məşğul olmayan qeyri-tibbi heyətin hesabına təmin edilib.
 
Qeyri-tibbi heyətin sayının artımına və payının çox olmasına tibb müəssisələrinin mühafizəsi məqsədilə ştat sayının artımı, eləcə də bir sıra, o cümlədən rəhbər vəzifələr üzrə ştat sayının çox saxlanılması təsir göstərib. Bu amillər isə əməyin ödənişi ilə bağlı xərclərin də artımına gətirib çıxardıb. 
 
Qeyd olunanlar, həmçinin Mərkəz tərəfindən xüsusilə qeyri-tibbi heyət üzrə vakant yerlərin tutulmasına diqqət yetirilməsi tibbi kadrların rasional idarə olunması və keyfiyyətli xidmətin təqdim edilməsində riskləri formalaşdırmaqla yanaşı gəlirlərin artırılması imkanlarının da genişlənməsinə şərait yaratmayıb.
 
Mərkəzin cəmi ştat sayı ümumi ştat sayının 10,5%-i, cəmi xərclərin təxminən 5,0%-i idarəetmə aparatı və mərkəzi mühasibatlığın payına düşüb. 
 
Beləliklə də, maliyyə və kadr resurslarının idarə olunmasına bu cür yanaşma xidmət göstərən tibb müəssisələrinin, son nəticədə isə tibbi sığorta sisteminin gələcək maliyyə dayanıqlılığına təsir edəcəyi ehtimallarını artırır. 
 
Qeyd edilib ki, göstərilmiş xidmətlərə dair hesabatlılığın təmin olunmasında da bir sıra nöqsanlara yol verilmiş, istifadə edilən elektron məlumat bazasının və təqdim olunan rəsmi statistik məlumatın göstəriciləri arasında uyğunsuzluq olub, Mərkəz tərəfindən tətbiq edilən elektron sistemdə məlumatlara sonradan düzəliş və əlavələrin edilməsinin mümkün olması nəticəsində ilkin olaraq qeydiyyata alınmış məlumatların sonradan dəyişdirilməsi hallarına yol verilib. Mərkəzin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub.
 
Yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi hallarına, həmçinin tələb olunan və faktiki təmin edilən mallar üzrə keyfiyyət göstəricilərində uyğunsuzluqlara yol verilməklə tibbi xidmətin göstərilməsi ilə bağlı maddi-texniki təminat potensialının tam istifadə olunmamasına və əlavə dövlət vəsaitinin istifadəsinə şərait yaradıb, eləcə də satınalmaların nəticəliliyinə mənfi təsir göstərib.
 
Belə ki, haqqı ödənilmiş tibbi cihaz və avadanlıqların tam təhvil verilməməsi hallarına yol verilib, eləcə də təmir işləri üzrə bağlanmış müqavilələr çərçivəsində görülməyən işlər üzrə vəsait icra edilib. 
 
Nəzarət mexanizmlərinin tətbiq edilməməsi aktivlərin uçotunun düzgün aparılmaması, mühasibat uçotunun aparılması prinsiplərinin pozulması, eləcə də, gəlir və xərclərlə bağlı hesablarda uyğunsuzluqlara səbəb olub.
 
Qeyd edilənlər ümumilikdə maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində risk amillərini formalaşdırıb. 
 
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovadır. 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
Hamısı