Braziliyada Yer kürəsinin ən yaşlı sakini 127 yaşında vəfat edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı G1 xəbər portalı yayıb.
Mənbə yazır ki, Paulino Qomez 19-cu əsrdə doğulan (1895-ci ilin avqustunda) Yer kürəsinin sonuncu sakini hesab olunurdu. Ömrü boyu kənddə yaşayıb, təbii məhsullarla qidalanıb, at çapıb.
Qeyd olunur ki, Paulino cəmi dörd il əvvəl at sürməyi dayandırıb.
Canlı insanlar arasında uzunömürlülük rekordu indi 1907-ci ildə anadan olmuş və bu il 116 yaşını qeyd edən ispaniyalı qadın Mariya Branas Moreraya məxsusdur.