Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews Report-a istinadən xəbər verir ki, hadisə Çerkassi küçəsində qeydə alınıb.
“Nissan” və VAZ 21015 markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü Gülmirzə Mikayılov və həyat yoldaşı Təranə Mikayılova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.