Sumayıtda nənəsi tərəfindən fiziki zorakılığa məruz qalan 2 yaşlı uşaq sığınacağa yerləşdirilib.
Ednews Bizim Media-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə azyaşlının anası bir müddət əvvəl dünyasını dəyişib və uşaq nənəsinin himayəsində qalıb.
Nənə isə azyaşlını fiziki zorakılığa məruz qoyub:
“Əminənin 2 yaşı var. Balaca, nənənin fiziki işgəncələrindən axır ki, qurtulub. Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”.
Kəmalə Ağazadə əlavə olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Sosial Xidmətlər Agentliyinə müraciət edərək nənənin himayəsində daha 2 uşağın olduğunu və həmin azyaşlıların da nəzarətə götürülməsini tələb edib. Ayrıca, azyaşlıya fiziki zor göstərən nənəyə cinayət işi açılmalı olduğunu bildirib.