Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Edenws-a verilən məlumata görə, qəza Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi səbəbindən hazırda “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq yaşanır.
Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.