Nazirlikdə müşavirə: bu xidmətin fəaliyyəti təkmilləşdirilir

Cəmiyyət 18:28 13.09.2023

Ədliyyə Nazirliyi Probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, müşavirədə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bu il 100 illiyi geniş qeyd edilən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil dövlətimizin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişafını, Vətən müharibəsində erməni işğalçılarından azad edilmiş ərazilərimizin dövlət başçısı tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə sürətli bərpasını qeyd edib.

O, Ulu Öndərin təməlini qoyduğu və ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən humanizm siyasətindən, əfv və amnistiya aktlarının geniş tətbiqindən bəhs edərək bildirib ki, dövlət başçısının 2017-ci il fevralın 10-da imzaladığı Sərəncama əsasən cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit edilib, probasiya institutu təsis olunub.

Ötən dövrdə Probasiya xidmətinin fəaliyyəti ilə bağlı mühüm təşkilati, kadr və institusional tədbirlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələri geniş tətbiq olunub. Elektron monitorinq mərkəzi yaradılaraq məhkumların coğrafi yerdəyişməsinin ani vaxt rejimində izlənilməsi təmin edilib.

Hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 5 mindən çox şəxs elektron qolbaq daşıyır və onların üzərində fasiləsiz probasiya nəzarəti həyata keçirilir.

Nazir görülmüş işlərlə yanaşı, probasiya fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsini, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini diqqətə çatdıraraq xidməti vəzifələrinin icrasında pozuntulara, o cümlədən xidmətdənkənar münasibətlərə və korrupsiyaya şərait yaradan hallara yol verən əməkdaşlarla bağlı görülən ciddi intizam tədbirlərinə toxunub. İşin səmərəli təşkili, nizam-intizamın möhkəmləndirilməsi və işçilərin məsuliyyət hissinin yüksəldilməsi məqsədilə nazirlik tərəfindən Monitorinq qrupunun yaradıldığını bildirib.

Ədliyyə naziri dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, qanunun aliliyinin təmin edilməsi barədə tələblərinin daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, insanların müraciətlərinə qayğı və həssaslıqla yanaşılmasının hər bir əməkdaşın ümdə vəzifəsi olduğunu diqqətə çatdırıb.

Müşavirədə bu sahədə iş yükünün çoxalması nəzərə alınaraq xidmətin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib, qurumun yeni rəis müavini vəzifəsinə təyinat aparıldığı qeyd olunaraq tabe qurumların fəaliyyətinə nəzarətin, əməli və metodiki köməkliyin gücləndirilməsi, şəffaflığın və tələbkarlığın artırılaraq aşkar olunan nöqsanlara prinsipial münasibət bildirilməsi ilə bağlı konkret göstərişlər verilib.

Tədbir çərçivəsində, həmçinin xidmətin Elektron monitorinq mərkəzinin fəaliyyəti ilə tanışlıq olub, azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasının təmin olunması, məhkumların islahında, cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqi və əməkdaşların peşəkarlığının yüksəldilməsi tapşırılıb.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Hamısı