Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.
Ednews apa.az-a istinadən xəbər verir ki, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.
Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub.
Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib. Hazırda bölgədə intensiv yağış davam edir.