Oktyabrın 14-də ilin sonuncu Günəş tutulması baş verəcək.
Bu barədə Ednews-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq.
Ay Yerdən bir qədər uzaqlaşdığında (apogeydə və yaxınlığında) Ayın diski Günəş diskini tam örtə bilmir və bu zaman halqavari tutulma müşahidə olunur.