"Polis orqanlarında çalışanların əməkhaqqının artırılmasına böyük ehtiyac var. Onların əməkhaqqı xidmətləri ilə adekvat deyil".
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Polis haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
Millət vəkili qeyd edib ki, onların əmək haqları ilə xidmətləri adekvat deyil:
“Onların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqətdə saxlanılmalıdır. Ona görə cənab sədr, sizin timsalınızda təşəbbüs göstərilsin və polis işçilərinin sosial durumu yaxşılaşdırılsın”.