“World of Statistic" ürək-damar xəstəliklərindən ölənlərin sayına görə hesabat hazırlayıb. Təəssüf ki, Azərbaycan siyahıda ikinci yerdədir. Statistikaya görə ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.
Bu barədə Ednews-a sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ürək-damar xəstəliklərinə səbəb olan amillərin siyahısını bildirib.
“Bunun aşağıdakı kimi səbəbləri var:
- Ölkədə səhiyyə xidməti lazım olan səviyyədə deyil.
- Əhalidə sağlamlıq mədəniyyəti arzu edilən səviyyədə formalaşmayıb,
- Əhalinin qida mədəniyyəti lazım olan səviyyədə deyil.
- Ölkədə idman sahəsində böyük maariflənməyə, idmanın təbliğinə böyük ehtiyac var.
- Mətbəximizlə bağlı xeyli dəyişikliklər olmalıdır.
- Təhlükəli ərzaq məhsullarının satışı qadağan olunmalıdır.
- Tütün məhsullarından, alkoqollu içkilərdən, narkotik məhsullardan istifadəyə nəzarət güclənməlidir.
- Əhali təmizkarlıq, ekologiya baxımından xeyli maarifləndirməlidir.
Bu sahələrdə olan problemlər ürək, qan-damar xəstəliklərini artırır”.
Oğuz