Tovuz rayonunda beş nəfər yerli sakin ehtiyatsızlıqdan su kanalına düşərək xəsarətlər alıb.
Ednews-un məlumatına görə, hadisə Düz Cırdaxan kənd ərazisində qeydə alınıb.
Belə ki, su kanalı üzərində olan bənddən keçmək istəyən 5 şəxs ehtiyatsızlıqdan kanala düşüblər.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.