Xorvatiyanın ədliyyə naziri Azərbaycanda

Cəmiyyət 19:13 30.10.2023

Azərbaycan-Xorvatiya dostluq və səmərəli əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək müxtəlif, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. İki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində ədliyyə nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilir, səmərəli təcrübə mübadiləsi aparılır.

Ədliyyə Nazirliyindən Ednews-a bildirilib ki, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Qonaqlar oktyabrın 30-da əvvəlcə Fəxri Xiyabanda bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında Vətən uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb.

Sonra Ədliyyə Nazirliyində iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilib.

Görüşdə Azərbaycan və Xorvatiya arasında əlaqələrin uğurla inkişaf etdiyi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində dövlət və hökumət başçılarının xüsusi rolu və qarşılıqlı səfərləri vurğulanıb, Xorvatiya Baş nazirinin yaxın zamanda Azərbaycana səfər edəcəyi qeyd olunub.

Ədliyyə naziri Fikrət Məmmədov Xorvatiyaya səfərlərini xatırladaraq hüquqi sahədə qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunub, ədliyyə və məhkəmə sistemindəki islahatlar barədə məlumat verərək ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq Dünya Bankının dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirləri, rəqəmsal innovasiyaların geniş tətbiqini qeyd edib.

Azərbaycanda olmağından məmnunluğunu ifadə edən qonaq iki dost ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. İ.Malenitsa Azərbaycanın Dünya Bankı ilə məhkəmə-hüquq sahəsində uğurlu əməkdaşlığı barədə məlumatlı olduğunu qeyd edib, Xorvatiyanın bundan yararlanaraq Bank ilə əməkdaşlığa başladığını vurğulayıb. Bildirib ki, müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmənin rəqəmsallaşması, e-məhkəmənin, e-ədliyyənin tətbiqi ölkəsi üçün əsas prioritetdir və bu sahədə Azərbaycanın təcrübəsinin öyrənilməsi olduqca faydalıdır.

Qonaqlar ədliyyə və məhkəmə sistemində rəqəmsal innovasiyalara böyük maraq göstərərək məsafədən əhaliyə göstərilən elektron xidmətlər, “Elektron məhkəmə”, “Elektron icra”, “Elektron notariat” informasiya sistemləri, “Mobil notariat” brendi, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət konsepsiyası barədə məlumatlandırılıb, bununla bağlı təqdimat keçirilərək faydalı fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəmizə həsr olunan muzeylərlə tanış olub. Qonaqlara azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumat verilərək buna qarşı həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı yayılan yanlış və qərəzli məlumatları təkzib edən əsl həqiqətlər diqqətə çatdırılıb. Xorvatiyanın minadan əzab çəkən ölkə olaraq bu işdə dəstəyi minnətdarlıqla qeyd edilərək xüsusi broşür təqdim edilib.

Həmin gün xorvatiyalı nazir ölkəmizin müasir məhkəmə infrastrukturu ilə tanış olmaq məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və Sumqayıt Məhkəmə Kompleksinə baş çəkib, yüksək texnoloji məhkəmə zallarını və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini yüksək qiymətləndiriblər.

Tədbirlərdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyətinin nadir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin mənalı ömür yoluna və zəngin irsinə həsr olunan maraqlı ekspozisiyalarla, habelə Azərbaycan brendi olan, ədliyyənin mühüm xidmətlər göstərdiyi “ASAN” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “DOST” mərkəzləri, orada fəaliyyət göstərən “ƏN TEZ” innovativ xidməti, eləcə də paytaxtın tarixi və mədəni abidələri ilə tanışlığı nəzərdə tutulur.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı