Dekabrın 14-16-da Bakıda gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək.
Bu barədə Ednews-a Gənclər və İdman Nazirliyindən bildirilib.
Məlumata görə, qurum artıq iclasla bağlı hazırlıq işlərinə başlayıb. Tədbir çərçivəsində rusiyalı qonaqların “Milli Azərbaycan Tarixi Muzeyi”nə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinə, Qız Qalası abidəsinə, “Hərbi Qənimətlər Parkı”na və Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil ediləcək.