"Qohumumuzu evdən döyərək çıxarmışdılar".
Ednews xəbər verir ki, bu sözləri Qərbi Azərbaycanın ( indiki Ermənistan respublikası) Qarakilsə rayonunun Şəkikənd sakinləri Babayeva Hüsniyyə və Babayeva Mehriban Məmməd qızı bacıları söyləyib.
Keçmiş sakin, müsahibəsində Qərbi azərbaycanlıların deportasiyası zamanı və öncəsi ermənilərin onlara - Qərbi azərbaycanlılara qarşı törədilən vandalizm aktlarına, türk millətinə göstərilən münasibətlərə toxunub.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı video - reportajda:
Əkbər Novruz