“Meşəli hadisələrində iki güllə yarası almış şəxs kimi hakimdən xahiş edirəm ki, Vaqif Xaçatryana ömürlük həbs cəzası verilsin”.
Ednews xəbər verir ki, bunu bu gün keçirilən məhkəmədə Meşəlidə zərərçəkmiş Salman Rəhimov bildirib.
Zərərçəkmiş ifadəsində bildirib ki, Meşəli hadisələrinin təşkilatçısı məhz Xaçatryan olub.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Xaçatryanın vəkili Radmila Abulovadır.
Görüntüləri təqdim edirik: