“Meşəli hadisələri zamanı Xaçatryan və dəstəsi qayınatamı evimizin altında öldürdülər”.
Ednews xəbər verir ki, bunu bu gün keçirilən məhkəmədə Meşəlidə zərərçəkmiş Əli Behbudov bildirib.
Zərərçəkmiş qeyd edib ki, Xaçatryan Meşəli kəndinin bütün cığırlarını yaxşı tanıyırdı:
“Bunlar quşdan tutmuş, pişiyə qədər bütün canlılara atəş açırdılar. Onlar bizə zülm ediblər”.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Xaçatryanın vəkili Radmila Abulovadır.