“Vaqif, sən danırsan ki, Meşəli hadisələrində iştirak etməmisən, bəs burada, məhkəmədə nə gəzirsən?”
Ednews xəbər verir ki, bu sualı zərərçəkmiş Nadir Əkbərov məhkəmə iclasında Vaqif Xaçatryana ünvanlayıb.
Zərərçəkmişin sualları qarşısında Xaçatryan bir-birilə əlaqəsiz cavablar verməyə çalışıb.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Xaçatryanın vəkili Radmila Abulovadır.