Ləğv edilmiş MTN-in keçmiş idarə rəisi Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına qadağa qoyulub.
Ednews xəbər verir ki, Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdimatı əsasında Bakı Kommersiya Məhkəməsi müvafiq qərar çıxarıb.
Səbəb qanuni nümayəndəsi Ruslan Çovdarov olan RANT GROUP MMC-nin ödənilməmiş borcu olub. MMC ötən il qeydiyyatdan keçib.