Noyabrın 6-dan 10-dək Attikanın Nea Peramos bölgəsində Ermənistan, Yunanıstan və Kiprin xüsusi təyinatlı qüvvələri arasında üçtərəfli birgə təlimlər keçirilib.
Ednews xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, birgə təlimlər Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının bir hissəsidir və iştirakçılar arasında qarşılıqlı anlaşma səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Təlimlər sürətli döyüş atışları, snayper texnikası və taktikası, kiçik miqyaslı təlimlərin təşkilini əhatə edib.