Ötən ilin may ayında Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
Ednews xəbər verir ki, Süleyman Heydərov bu gün BAMF-da mina qurbanlarının, bu sahədə fəaliyyət göstərən QHT-lərin AŞPA prezidentinə açıq məktub ünvanlaması ilə bağlı keçirilən tədbirdə mətbuata çıxış edib. Onun sözlərinə görə, hər bir kəs mina qurbanının faciəsinə çevrilə bilər.
Ətraflı video-süjetdən izləyə bilərsiniz:
Oğuz