"Humanitar minatəmizləmə fəaliyyətini maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Çünki bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir".
Ednews xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.