"2024-cü ilin sentyabrın 15-dən Qarabağ Universitetində 800-1000 nəfərin təhsil almasını planlaşdırırıq".
Ednews xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib.
"Qarabağ Universitetinin yaradılması hər bir Azərbaycan vətəndaşı üçün fəxr hesab olunur. Qarabağ Universitetini Xankəndidə 1969-cu ildə fəaliyyət göstərmiş Pedaqoji İnstitutun davamı kimi hesab etmək olar", - deyə nazir əlavə edib.