2024-cü ilin iyun ayında 31 min müəllim sertifikasiya imtahanı verəcək.
Ednews xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
O qeyd edib ki, növbəti ildə riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda tədrisi digər dildə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikasiyadan keçəcək.
"Əvvəlki sertifikasiya imtahanında uğur qazanmayan ibtidai sinif və Azərbaycan dili müəllimlərinin də gələn ilin iyun ayında imtahan verməsi üçün şans veriləcək. Bu proses 2025
2026-ci ildə bütün bölgələrdə bu bitəcək".