"Ermənistan-Azərbaycan münasibətləri Ermənistan-Gürcüstan münasibətlərindən heç də fərqlənmir".
Ednews xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, zaman keçəcək və mütləq iki ölkə arasında sülh hökm sürəcək:
"Nəticədə ermənilər Azərbaycanda, azərbaycanlılar isə Ermənistanda yaşayacaq, bir-biri ilə alver edəcək. Hazırda biz buna doğru gedirik".