Bir qədər əvvəl Şəki şəhərində Dağdibi deyilən ərazidəki çay evlərindən birində ölüm hadisəsi qeydə alınıb.
Ednews xəbər verir ki, şəhər sakini 68 yaşlı Nəriman Muxtarov axşam saatlarında çay evinə gəlib.
Tanışları ilə çay içən zaman onun halı pisləşib və yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb.
Həkimlər gələnə qədər Nəriman Muxtarov elə oradaca keçinib.
Təcil yardım həkimləri ölüm faktını təsdiqlədikdən sonra 68 yaşlı sakinin meyiti yaxınlarına təhvil verilib.