Azərbaycanda dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-10° isti olacağı ehtimal edilir.
Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.