Xəbər verdiyimiz kimi, Bakıda körpü çöküb və hazırda bununla bağlı tədbirlər görülür. Mövzuya AAYDA-nın sözçüsü Anar Nəcəfli münasibət bildirib.
Ednews xəbər verir ki, o, "Sputnik Azərbaycan"a deyib ki, körpünün çökməsi barədə xəbər həqiqəti əks etdirmir.
O, qeyd edib ki, körpünün asfalt örtüyündə aşınma olub.
"Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Bu problem isə qısa müddət ərzində problem aradan qaldırılacaq", - deyə o vurğulayıb.