72 paytaxt məktəblisi olimpiadada qalib olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ednews-a verilən məlumata görə, 2023-cü ildə Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.