Yevlaxda 86 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Ednews xəbər verir ki, Nərimanabad kəndində Toğrul Adıgözəlov idarə etdiyi VAZ-2101 markalı avtomobillə 1937-ci il təvəllüdlü Barı Mamayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.