Türkiyənin Bursa şəhərində Emre Ş. adlı gənc atası Niyazi Şentürkü ov tüfəngi ilə öldürüb. Hadisə yerindən qaçan Emre Ş. 1 saat sonra evdən 5 kilometr aralıda polis qrupları tərəfindən yaxalanıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, hadisə saat 00.30 radələrində mərkəzi Osmanqazi prospektində, 640-cı küçədə yerləşən evdə baş verib.
Atası Niyazi Şentürklə naməlum səbəbdən mübahisə edən Emre Ş. evdən ov tüfəngini götürərək atasını qarın boşluğundan yaralayıb. Silah səsinə oyanan digər ev sakinləri Niyazi Şentürkün yerdə hərəkətsiz olduğunu görərək vəziyyəti 112 Təcili Xidmətə bildiriblər. Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib.
Həkim qrupları hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Niyazi Şentürkü Çekirge Dövlət Xəstəxanasına aparıblar. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Niyazi Şentürkü qrupların bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Oğuz