“Azərbaycanın 8 sərhəd (Onlardan 7-si Qazax rayonunda, 1-i isə Naxçıvanda yerləşir) kəndinin geri qaytarılmasının iki həll yolu var. Biri mübadilədir, digəri isə olduğu kimi saxlamaqdır".
Ednews xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Azərbaycanın işğalda olan 8 kəndinin taleyindən danışarkən deyib.
"Bilirik ki, bu ərazilər müəyyən xarakter daşıyır və məsələyə işçi qrupunun sərhədlərin demarkasiya və delimitasiyası zamanı cavab verə bilər", deyə o, qeyd edib.