Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ednews-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsi yeri müəyyən edilərək ailəsinə təhvil verilib:
“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.
Oxu.az-ın əldə etdiyi məlumata görə, xanımın bir müddət əvvəl itkin düşməsi barədə polisə məlumat daxil olub. O, evdən başqa kişi ilə qaçarkən 5000 dəyərində qızıl da aparıbmış.