Bakının Heydər Əliyev prospektindən başlayan kanal salınacaq.
Ednews xəbər verir ki, bu, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
"Aeroporta dəmiryolu xətti çəkiləcək, metro isə nəzərdə tutulmur.
2027-ci ildə 17 km tramvay xətti istifadəyə verilməlidir, metro stansiyaları sayı isə 31-ə çatdırılmalıdır.
Bakıxanov stansiyasından Zirəyə kimi uzadılacaq yeni dəmiryol stansiyaları qurulacaq. Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək. Bakı-Sumqayıt arası yeni yol çəkiləcək.
28 Mall-Port Baku Mall arası hibrid yaşıl dəhliz yaradılacaq", bütün bunlar Bakının 2040-cı il Baş Planında yer alıb.
Layihənin ümumi dəyəri 93.6 milyard manatdır.