SSRİ Xalq artisti Yuri Solomin vəfat edib.
Ednews TASS-a istinadən xəbər verir ki, Solomin 89 yaşında dünyasını dəyişib.
Bildirilib ki, Y.Solomin noyabr ayında insult keçirmişdi. Aktyor ölümündən bir gün əvvəl evə buraxılıb və orada vəfat edib.
Qeyd edək ki, Yuri Solomin 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində dərs deyib, aktyorluq kafedrasının professoru olub. 1988-ci ildən Malı Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Sənətçi 60-a yaxın film və serialda rol alıb.