Seçki prosesini izləmək üçün jurnalistlərin Medianın İnkişafı Agentliyindən reyestrdən keçməsinə ehtiyac yoxdur.
Ednews xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bu gün Mərkəzi Seçki Komissiyası ilə Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün keçirdiyi təlimdə deyib.
O, bildirib ki, jurnalistlər çalışdıqları media subyektlərinin onlara təqdim etdiyi xidməti vəsiqə ilə istənilən seçki məntəqəsinə daxil olub səsvermə prosesini işıqlandıra bilərlər.