Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Hacı Zeynalabdin Tağıyev küçəsində ağır tonajlı yük maşınları yolda qalıb.
Ednews xəbər verir ki, yolun buz bağlaması səbəbindən 30-a yaxın ağırtonajlı nəqliyyat vasitəsi hərəkət edə bilməyib ki, bu da tıxacın yaranmasına gətirib çıxarıb.
Bildirək ki, yanvarın 13-ü gecə saatlarından yağan qar hələ də davam edir.