Yanvar ayının 15-də saat 21:56-da xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Eldəniz Aboş oğlu Mustafayev saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) Ednews-a verilən xəbərə görə, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.