İlham Əliyev ali məktəb müəlliminə maşın bağışladı

Cəmiyyət 09:56 22.01.2024

Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi Pyotr Anatolyeviç Kuvşinova bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən avtomobil hədiyyə edilib. 

Ednews  xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial şəbəkədə məlumat verib.

Rektorun sözlərinə görə, BANM-da idman (üzgüçülük) müəllimi işləyən Pyotr Kuvşinov I Qarabağ müharibəsinin iştirakçısıdır:

“O, 1992-ci illərdə Qarabağ uğrunda müharibəyə könüllü olaraq qoşulub. 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşub. Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Murovdağ, Tərtər və Füzuli kimi qaynar döyüş bölgələrində vuruşub və iki dəfə ağır yaralanıb. 

Ağır yaralandıqdan sonra ordudan tərxis olunan Pyotr müəllim bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. Bəlkə də, bu gün onun mübarizə apardığı və qalib gəldiyi amansız xərçəng xəstəliyinin də səbəbi o qəlpələrdir. 

Bütün kollektivmiz, müəllim və tələbələrimiz Pyotr Anatolyeviçi çox sevir. Ona hamımız Pyotr müəllim deyə müraciət edirik”. 

Rektor xatırladıb ki, Pyotr müəllim 70-80-ci illərin məşhur üzgüçü-idmançılardan olub. 

“Elə buna görə də, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi kimi uğurla iştirak edib və sertifikatlara da layiq görülüb. Pyotr müəllim eyni zamanda, gözəl insan, qayğıkeş pedaqoq, ən əsası əsl azərbaycanlı və vətənpərvər şəxsiyyətdir. 

Adından da göründüyü kimi, Pyotr müəllim slavyan əsillidir. Bu baxımdan, hər kəs onunla rus dilində danışmağa cəhd edir. 

Fərəhləndirici hal bilirsiz nədir? O hər kəsə dərhal və səlis formada Azərbaycan dilində cavab verir. Azərbaycanlı rus dilində danışarkən Pyotr müəllim onlarla azərbaycanca danışmaqla sübut edir ki, əsl millət və vətən oğlu kimdir. 
Bir müddət əvvəl Pyotr müəllim dənizdə üzərkən, batmaqda olan ana və övladı real ölümdən xilas etmişdi. 

Hesab edirəm ki, Pyotr müəllim həm əsgər olaraq, həm müəllim olaraq Azərbaycan qarşısında bütün borclarını yerinə yetirib. 

Bizim borcumuz isə bundan ibarətdir ki, belə şəxsiyyətlərə sağlığında qiymət verək, qayğı göstərək və hörmət edək”. 

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

Kriptovalyuta oğruluqları artır
07:42 28.06.2025
Aİ ölkələri Amerika silahlarından imtina edəcək
07:10 28.06.2025
İsti havalarda bu məhsullardan uzaq durun
06:37 28.06.2025
Fransada təyyarə qəzası baş verib
06:14 28.06.2025
Avropaya "cəhənnəm istisi" gəlir
05:51 28.06.2025
İnsan ən çox neçə yaşında xoşbəxt olur? -Alimlər açıqladı
05:26 28.06.2025
Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq
04:51 28.06.2025
Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib
04:19 28.06.2025
"İsrail İran səmasında üstünlüyünü qoruyacaq"
03:57 28.06.2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib
03:24 28.06.2025
İranlı diplomat "Qərbi Azərbaycan" ifadəsinə etiraz etdi - "Bu, yolverilməzdir"
02:53 28.06.2025
Qırğızıstanda dağ gölünün bəndi uçub
02:27 28.06.2025
Samuxda ağır yol qəzası baş verib
01:46 28.06.2025
"Fars körfəzi regionunda radiasiya səviyyəsi normaldır"
01:24 28.06.2025
Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
DİN valideynlərə xəbərdarlıq etdi
22:53 27.06.2025
Kreml Bizə Nə Deyir? Şahlar Ruhi yazır...
22:44 27.06.2025
Türkiyədə meşə yanğını ilə əlaqədar üç şübhəli saxlanılıb
22:38 27.06.2025
“İranın lazımi addımlar atmasını gözləyirik”
22:23 27.06.2025
Sərmayəmizi dollara çevirək,yoxsa...? -Ekspert danışdı
22:08 27.06.2025
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"
21:56 27.06.2025
" Bəzi qərb ölkələri Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz edirlər" -Zelenskidən şok iddia
21:38 27.06.2025
Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu
20:16 27.06.2025
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıtdı -FOTOLAR
20:10 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Türkiyədə güclü yanğın baş verib
19:15 27.06.2025
Hamısı