Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev gürcüstanlı həmkarı ilə görüşüb.
Ednews-un məlumatına görə, nazir ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə edib.