ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri Elia Varela-Serra və Yurgen Speidel Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Regional Peşə Təlim Mərkəzini ziyarət ediblər.
Ednews xəbər verir ki, BAMF prezidenti Umud Mirzəyev qonaqları qarşılayıb. O əvvəlcə təşkilat haqda, onun missiyası barəsində, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi bir sıra layihələrlə bağlı qonaqlara məlumat verib.
Qonaqlar Tərtər Regional Peşə Təlim Mərkəzinin ofisi ilə də tanış olublar. Görüş ərzində seçki haqqında fikir mübadiləsi aparılıb. Müşahidəçiləri maraqlandıran bir çox sualla bağlı müzakirələr edilib.
U.Mirzəyev 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində BAMF-ın 50 nəfər müşahidəçi missiyası, komandanın müşahidə aparacağı seçki dairələri, əraziləri, komandanın indiyənə kimi olan seçki ilə bağlı prosesi barəsində ətraflı məlumat verib.
Oğuz